Qvardiola “Qızıl top” barədə mübahisələrdən danışdı
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mübahisələrə səbəb olan “Qızıl top”un mükafatlandırma mərasimindən danışıb.
BEY.AZ xəbər verir ki, Vinisius Juniorun mükafatı qazanması ilə bağlı iddialara toxunan Pep Qvardiola jurnalistlərin belə qərar verdiyini ifadə edib. Rodrinin mükafatı qazanmasını şərh edən Pep Qvardiola bunları deyib:
“Vinisius qalib olmalı idi, bəlkə də bəli, amma Rodri qazandı, belə oldu. Jurnalistlər belə qərar verdilər, bir qrup elit adam yox. Bütün dünyada müxtəlif fikirlər var. Ona görə də futbol yaxşıdır və hamı danışır”.
Qeyd edək ki, “Real Madrid” rəhbərliyi, Rodrinin mükafatı qazanmasına etiraz edərək, tədbiri boykot edib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |