fbpx

Rəcəb Tayyib Erdoğan Ukrayna və Rusiya üçün bir fürsətdir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə həm RusiyaUkrayna gərginliyində, həm də Rusiya ilə Qərb arasında olan münasibətləri tənzimləməyə, sülhü, dialoqu bərpa etməyə malik dünyada yeganə ölkədir”.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib. Müsahibimiz bildirdi ki, Türkiyə Qərb cəbhəsində söz sahibi olmaqla bərabər, həm NATO ölkəsi, həm də Rusiya-Ukrayna ilə münasibətlərində dayanıqlı inkişafa sahib bir dövlətdir. Təbii ki, bütün bu amillər Türkiyəni daha çox təsiretməyə qadir bir ölkəyə çevirir.

Rüya tabirlerini burdan oku

“Qərb, İngiltərə, Amerika Rusiyanı öz sərhədlərinə doğru sıxışdıraraq bununla da gərginliyin artmasına səbəb olurlar. Burada Rusiyanın da zaman içində atmış olduğu müəyyən qıcıqlandırıcı addımlar da təməl rolunu oynayır. Bu problem Ukraynanın problemi deyil. Yaşanan hadisələr Ukrayna üzərindən Rusiyaya Qərbin təzyiq vasitəsidir. Ukrayna mövzusu, Krım və Dombass məsələsi bütövlükdə Qərbin və Amerikanın Qara dəniz üzərində qurmuş olduqları niyyətə gedən yoldur. Bu kiçik hesablaşmalar nə qədər də təhlükəli görünsə də böyük bir müharibənin baş verməsinə səbəb olmayacaqdır. Çünki müharibənin aparılması heç də kiçik səbəblərdən dolayı hazırki pandemiya dövrünün şəraitinə uyğun deyildir. Bilirik ki, hazırda kiçik dövlətlərlə bərabər böyük iqtisadiyyata malik ölkələrdə maliyyə və iqtisadi böhran, inflyasiya şəraitindədirlər. Müharibənin aparılması hazırki vəziyyətdə heç bir ölkə üçün( Rusiya, Ukrayna, Qərb, Amerika) üçün əlverişli deyil”.

Yücel Karauz vurğuladı ki, Ukraynanın da Qərbə, ABŞ-a güvənərək addım atması bir qədər təhlükəli görünə bilər. Çünki ABŞ-ın, Qərbin Ukraynanı sonuna qədər müdafiə edəcəyi inandırıcı deyildir. Bu baxımdan Ukrayna Rusiya ilə ortaq dil tapmağa çalışmalı və Qərbin heç də sona qədər etibarlı müttəfiq olmadığını anlamalıdır. Türkiyə prezidenti Rəcəp Tayyib Erdoğanın Ukrayna səfəri barədə danışan müsahibimiz qeyd etdi ki,Türkiyə həm Qərb, həm də Rusiya, həm də Ukrayna ilə çox yaxşı münasibətlərə malik bir ölkədir.


“Düşünürəm ki, Türkiyənin həm Suriya, həm Livan, həm də Qarabağda aparmış olduğu müzakirələrə dayanaraq Ukrayna cəbhəsində də məsələnin həllində böyük güc nümayiş etdirə bilər. Hədəf Rusiya-Ukrayna münasibətlərinin regional və dünya savaşına çevrilməməsi, imperalist qüvvələrin maşası olmamaq üçün addımlar atmaqdır. Bu müzakirələrdə Türkiyə Ukrayna və Rusiyanı bir masa arxasında oturdub, onların hər ikisinin mənfəəti naminə qərarlar qəbul etmək istəyir. Bölgənin taleyini daha yaxşı hala gətirmək üçün cənab Rəcəp Tayyib Erdoğan bir fürsət sayılmalıdır. Bildiyiniz kimi, R.T.Erdoğanın Ukraynaya səfərindən sonra Rusiya Prezidenti Vladimir Putinin də Türkiyəyə səfəri gözlənilir. Biz bilmirik tərəflər arasında gərginlik aradan qalxarmı yoxsa əksinə daha da idarəedilməz hal alar amma bu müzakirələr nəticə verərsə hər iki ölkədə və regionda yaşayanlar da rahat bir nəfəs ala biləcəklər. İnsanlar anlamalıdırlar ki, müharibələr heç də komputer arxasında oynanılan bir oyun deyildir.

Müharibə Mustafa Kamal Atatürkün də dediyi kimi müharibə çox məcbur qalmadıqda aparılmamalıdır. Onun böyük nəticələri vardır. Çünki müharibə zamanı harada dayandığını heç kim bilmir.

Bütün bunları nəzərə alaraq ümidvaram ki, Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın Ukrayna səfəri Rusiya-Ukrayna münasibətlərində önəmli cığır açmaqla hər iki dövləti sülhə dəvət edib problemləri qan tökülmədən həll etməyə kömək edəcəkdir”.

Gülbəniz Hüseynli / METBUAT.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu