Rəis Rəsulzadə xəstəxanadan evə buraxıldı
Əməkdar rəssam Rəis Rəsulzadə xəstəxanadan evə buraxılıb.
Metbuat.az xəbər verir ki, müalicəsi evdə davam etdiriləcək.
***
Əməkdar rəssam Rəis Rəsulzadə bu gün xəstəxanadan evə buraxılacaq.
Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilən Əməkdar rəssam Rəis Rəsulzadə bu gün evə buraxılacaq.
Onun vəziyyəti stabildir.