fbpx

Rəqabət Məcəlləsi rəqabəti təmin edəcəkmi?

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Uzun illərdir haqqında müzakirələr aparılan, təkliflər səsləndirilən “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi nəhayət Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qanunun mahiyyəti barədə Metbuat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a bildirdi ki, 90-cı illərdə qəbul edilən “Antiinhisar fəaliyyəti haqqında” “Haqsız rəqabət haqqında” qanun müasir tələblərə cavab vermədiyi üçün cəmiyyət də onların işləkliyinə etibar etmirdi. Ekspert deyir ki, Rəqabət Məcəlləsinin qəbulu təşkil edilən rəqabət orqanının səlahiyyət və vəzifələrini hansı dərəcədə effektiv görmək istəməsi və görə bilməsi baxımından mühim əhəmiyyət daşıyır.

“Çünki, Məcəllənin hüdudlarının selektiv qeyri-obyektiv və yaxud da korrupsiyaya istiqamətlənəcək şəkildə tətbiqi məcəllənin əksinə cəmiyyət üçün ciddi problemə çevirməklə bərabər, şirkətlərin vurulmasına gətirib çıxara bilər. Rəqabət orqanı təkmil, kifayət qədər etik, peşəkar, korlamamış mütəxəssislərdən, məmurlardan ibarət olsa, ümid var ki, nəticəsi yaxşı olacaq. Əksinə, məcəllədən daha çox pul qazanmaq məqsədi ilə yanaşılarsa bu ciddi şirkətlər üçün başağrısına çevrilə bilər”.

Məsələnin ikinci tərəfinə vurğu edən Xalid Kərimlinin fikirlərinə görə, bu məcəllənin gətirə biləcəyi rəqabət mühiti, qiymət ucuzlaşması kimi məsələlər cəmiyyətə də maraqlı ola bilər.

“Məcəllədə bir çox maddələr var ki, sadaladığım imkanlara əlçatanlıq yaradır. Amma Qanunun tətbiqi və dolğun şəkildə işlənməsindən sonra gözləntilərin özünü necə doğrultduğunu görmək olar. Bunun üçün də zaman təqribən 10-15 il müddət lazımdır. Məcəllədə bir çox maddələr var ki,dəqiqləşdirilməlidir, dəyişdirilməlidir. Təyin edilən cərimələr həddən artıq sərtdir. Həmin sərt cərimələri çox rahat şəkildə məmur özü ləğv edə bilər kimi məsələlər var. Bu da ciddi narahatlıq yaradırdı. Bundan əlavə, cəmiyyəti maraqlandıran süni qiymətlə bağlı mübarizə üsulları verilib. Məcəllədə bu barədə mübarizə üsulları qeyd edilib, amma mən düşünürəm ki, bunun qarşısını almaq üçün üsullar daha preventiv formalarda həyata keçirilməlidir. Ümumiyyətlə, Azərbaycanda rəqabət mühitinin əsas məcəlləsi olan bu akt ilə bağlı köhnə qanunlarda müddəalar olsada, demək olar ki, tətbiq edilmirdi. Ümid edək ki, parlament bu məcəllənin təkmilləşdirilmiş formasını qəbul edəndən sonra cəmiyyət də məcəlləyə etibar edəcək,rəqabət orqanı da üzərinə düzünə düşən işi görəcək. Amma Rəqabət Məcəlləsinin qəbulu ilə birdən-birə inqilabi dəyişiklik baş verəcəyini də gözləmirəm”.

Mövzuya münasibət bildirən millət vəkili Fazil Mustafa Metbuat.az-a bildirdi ki, qanunun mexanizmlərinin işləkiliyi üçün bir sıra sahələrin rəqabətə açılması vacibdir.

"Ən təhlükəli erməni Qarabağda qalan ermənidir" -

“Məsələn, tutaq ki, hansısa bir tikinti, yol və başqa məsələlərdə bunu nəzərə almaq vacibdir. Buna görə də özəlləşməyə daha çox sahələr getməlidir. Bir çox sahələr özəl sektora dövr olunmalıdır. Xüsusilə də daşınma, nəqliyyat və başqa sahələrdə daha keyfiyyətli xidmət və daha aşağı qiymət üçün rəqabət mühiti yaradılmalıdır ki, Məcəllənin verdiyi imkanları təmin etmək mümkün olsun. Ona görə də bu sahədə məcəllənin qəbul olunması, hələ bu sahədə rəqabətin təmin olunması mənasına gəlmir. Əsas məqsəd iqtisadiyyatın inkişafıdır. Qanunda biz hər şeyi qeyd edə bilərik, amma real vəziyyət tamam başqadır. Hazırda real vəziyyət rəqabət üçün əlverişli deyil. Biz, sahibkarların sıxıntıdan qurtulub tezliklə işlərini görə bilməsi üçün o imkanı yaratmalıyıq”,- deyə Fazil Mustafa qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Rəqabət #Məcəlləsi #rəqabəti #təmin #edəcəkmi

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin