fbpx

Rəşad Sadıqov buna görə millinin oyunçusuna əsəbiləşdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov futbolçusu Rəhim Sadıxovla mübahisə edib.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, hadisə “Neftçi”yə əlavə vaxtda 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda baş verib.

110-cu dəqiqədə “qartallar”ın oyunçusu Hamidu Keyta penaltidən yararlana bilməyib. Bundan əvvəl onun komanda yoldaşı Sadıxov 11 metrlik zərbəni yerinə yetirmək istədiyi üçün əsəbiləşib. Boşa verilən penaltidən sonra 40 yaşlı mütəxəssis Azərbaycan millisinin üzvünü əvəzləyib.

Rüya tabirlerini burdan oku

Rəşad Sadıqov matçdan sonra təşkil olunan mətbuat konfransında oyunçunu buna görə meydandan çıxardığını söyləyib.

Baş məşqçi “klub daxilində futbolçuya cəza veriləcəkmi”, – sualını bu cür cavablandırıb: “Bu barədə düşünəcəyik. İsti-isti cavab vermək istəmirəm”.

Qeyd edək ki, futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Sonuncu oyunda “Neftçi” “Zirə”ni qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə bitib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rəşad #Sadıqov #buna #görə #millinin #oyunçusuna #əsəbiləşdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu