fbpx

“Rəsmi Bakı sülhə hazır olduğunu Qərbə sübut etdi”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Vaşinqtonda keçirilən görüş ciddi nəticələrlə bitməsə də, əsas məsələ odur ki, biz Qərbə sülhə maraqlı tərəf olduğumuzu göstərə bildik. Amma, görünür, qarşı tərəf – Ermənistan bu prosesi uzatmaqda maraqlıdır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında MAMM Türküstan Araşdırmalar Departamentinin direktoru, siyasi şərhçi Rusif Məmmədsoy deyib.

Rüya tabirlerini burdan oku

Rusif Məmmədsoy

“Bir neçə gün bundan əvvəl Ermənistan işğal edilmiş kəndləri qarşılıqlı şəkildə Azərbaycana qaytarmağa hazır olduğunu hətta onu atacağı addımlara görə satqın adlandırdıqları ilə bağlı açıqlamalar vermişdi. Onun digər bir açıqlaması isə 1975-ci ilin xəritələrinə görə sərhəd xəttini bütün uzunluğu boyunca tanımağa hazır olduğları barədə idi. Amma daha sonra Ermənistan tərəfi “Nemezis” abidəsi ilə bağlı təxribata yol verdi. Bütün bunlar vurulan ən ciddi zərbələrdən biridir. Nikol Paşinyanın sülh deyərkən nə nəzərdə tutduğu sual işarəsi altındadır. Ümumiyyətlə, Vaşinqtonda keçirilən görüşdə Qarabağın müzakirə mövzusu olmayıb. Çünki Qarabağ Azərbaycanın daxili məsələsidir”.

Rusif Məmmədsoy qeyd etdi ki, Vaşinqton görüşünün ciddi nəticəsi olmasa da, hər halda dialoq imkanının genişləndirilməsi baxımından faydalı oldu.

“Hesab edirəm ki, Moskvadan kənarda görüşlərin keçirilməsi müsbət addımdır. Biz Qərbə nümayiş etdiririk ki, sülhə hazırıq. Ancaq qarşı tərəfin hər cəhdlə bu prosesə mane olmağa çalışması da aşikardır”.

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə bu həftənin sonunda Belçika paytaxtında görüşəcək.

Politoloq Elxan Şahinoğlu bildirdi ki, bu görüş ötən ilin dekabrında baş tutmalı olsa da, Fransa prezidenti Emmanuel Makron işi pozdu.

5 prinsip, Rusiyaya verilən mesaj və Brüsselin müsbət vasitəçiliyi…-

Elxan Şahinoğlu

“Makron görüşə qatılmaq istədi. Azərbaycan prezidenti Makronun ermənipərəst açıqlamalarına görə dördlü görüşdən imtina etdi. İlham Əliyev və Nikol Paşinyan Brüsseldən sonra Avropa İttifaqının toplantısı çərçivəsində iyunun 1-də Kişinyovda görüşəcəklər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın erməni mediasına verdiyi açıqlamaya görə, Kişinyovdakı görüşə Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da qatılacaqlar. Rəsmi Bakı bu xəbəri hələ təsdiq etməyib. Əgər xəbər doğrudursa, Almaniya kanslerinin görüşə qatılması rəsmi Bakının təklifinə oxşayır”.

Politoloq qeyd etdi ki, Fransa prezidenti israrla görüşdə iştirak etmək istəyirsə və Avropa İttifaqının rəhbəri Şarl Mişel buna etiraz edə bilmirsə, məsələlərə nisbətən neytral mövqedən yanaşan Almaniyanın qatılması alternativ variantlardan biridir.

“Əlbəttə, Azərbaycanın Avropada Polşa və Macarıstan kimi strateji tərəfdaşları var, bu ölkələrdən birinin liderinin Makronla yanaşı oturması bizim üçün daha faydalı olardı. Ancaq Almaniya Avropa İttifaqının lokomotivlərindən biridir və masada Makron varsa, yanında Olaf Şolts oturmalıdır. Ən yaxşısı tərəflər arasında birbaşa dialoqdur ki, Nikol Paşinyan da bundan yayınır”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rəsmi #Bakı #sülhə #hazır #olduğunu #Qərbə #sübut #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu