fbpx

Rəsmi Vaşinqtonun Bakıya marağının artmasının səbəbi var

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da səfərdədir. Səfər çərçivəsində Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb. Bundan başqa Hacıyevin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə görüşü gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən politoloq Turan Rzayev bildirdi ki, Prezidentin köməkçisinin ABŞ-a səfəri gözlənilirdi.

Rüya tabirlerini burdan oku

“Məsələ ondadır ki, rəsmi Vaşinqton son illər ərzində Azərbaycana qarşı mövqeyini kəskin surətdə dəyişib. Təsadüfi deyil ki, ilin əvvəlindən bu günə qədər ABŞ Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə üç təbrik mesajı məktubu göndərib. İlk başda çox sadə bir hadisə kimi görünsə də əslində belə deyil. Belə ki, hazırda 200-ə yaxın ölkə var və ABŞ heç də bütün ölkələrin rəsmi bayramlarında həmin ölkənin prezidentinə, xalqına təbrik göndərmir. Ənənəvi anqlo-sakson diplomatiyasının spesifik cəhətlərindən biri olan bayram təbriki edən ölkənin təbrik ünvanlanan ölkəyə verdiyi qiymətin, dəyərin göstəricisidir”.

Siyasi şərhçi deyir ki, indiki məqamda rəsmi Vaşinqtonun Bakıya marağının artmasının bir neçə səbəbi var:

“Birincisi, 44 günlük müharibə sonrası Azərbaycanın Cənubi Qafqazda siyasi reallıqları əsaslı surətdə dəyişib. İkincisi, Azərbaycan NATO-nun aparıcı ölkələrindən olan Türkiyə ilə münasibətlərini ittifaq səviyyəsinə qədər yüksəldib. Üçüncüsü, Türkiyə-İsrail münasibətləri 15 ildən sonra yenidən normallaşma mərhələsinə qədəm qoyub və rəsmi Bakı iki ölkə münasibətlərinin normallaşmasında pərdəarxası vasitəçi ölkə idi. Dördüncüsü, ABŞ başa düşür ki, Avropa İttifaqının Rusiya qazından birbaşa və ya tədricən imtinası mümkün deyil. Buna görə də alternativ ölkələrə ehtiyac var. Hazırda bir neçə ölkənin adı çəkilsə də Vaşinqton üçün ən məqbul ölkə məhz Azərbaycandır. Azərbaycanın geosiyasi mövqeyi digər alternativ ölkə olan Türkmənistana həm dövlət səviyyəsində, həm də regional olaraq yaxın olması və nəhayət TAP, TANAP kimi enerji layihələrini müharibə reallıqlarına baxmayaraq qısa zamanda yekunlaşdırması Vaşinqtonun diqqətindən yayınmayıb.Yuxarıdakı səbəbləri nəzərə alsaq Hikmət Hacıyevin çantasında birdən çox mövzunun olduğunu demək olar”.

Bakının bu səfərlə Baydenin təbrik məktubu üzərindən verdiyi mesajlara müsbət baxdığını qarşı tərəfə çatdıracağını qeyd edən T. Rzayevin sözlərinə görə, bununla Bakının belə hər mövzuda ABŞ-la ortaq düşünmədiyi də aydındır.

Azərbaycan ABŞ-a nota verəcək | ENA.az

“Misal üçün Azərbaycan xarici siyasətinin prioriteti olan balans siyasətindən imtina etmək istəmir. Daha fərqli desək ABŞ-ın qərb blokuna hələlik qoşulmaq istəmir. Rəsmi Bakı indiki məqamda balans siyasətini qoruyaraq ABŞ-la münasibətləri ən azından Rusiya səviyyəsinə gətirmək, bu yolla da həm Kremlə qarşı alternativinin olduğu təəssüratını yaratmaq, həm də milli maraqları naminə ABŞ-la bəzi məsələlərdə razılaşmaq istəyir. Aydın məsələdir ki, ABŞ supergüc ölkədir və bütün sahələrdə imkanları genişdir. Rəsmi Bakı üçün belə bir ölkə ilə münasibətləri inkişaf etdirmək hər zaman vacibdir. Bununla belə Hikmət Hacıyevin Ceyk Sallivanla görüşü əsnasında müzakirə edə biləcəyi bir sıra spesifik mövzular var.

Avropa İttifaqının Rusiya qazından birbaşa və ya tədricən imtinası mümkün olmadığını başa düşən ABŞ Azərbaycanın Avropaya qaz nəqlini artırmasını istəyir, ancaq Bakının mövcud imkanları Vaşinqtonun istəklərini qarşılamır. Xüsusilə də TAP və TANAP layihələrinin indiki potensialı buna uyğun deyil. Hesab edirəm bu istiqamətdə ABŞ və Qərbin texnologiya və investisiya dəstəyinə ehtiyac var. İki ölkə arasında münasibətlərin inkişaf etməsi fonunda rəsmi Bakı Vaşinqtondan həm də 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişi ləğv etməsini istəyə bilər. Düzdür, 907-ci düzəlişə müvəqqəti moratorium qoyulsa da bu düzəlişin büsbütün ləğvi mənasına gəlmir. Rəsmi Bakı ilk növbədə bu düzəlişin ləğvi istiqamətində səyləri artırmalıdır. Hesab edirəm bu, gələcəkdə rəsmi Bakının balans siyasətinə təsir edə bilər”.

Turan Rzayev onu da qeyd etdi ki, Azərbaycan bərpa prosesi fonunda Qərb və ABŞ şirkətlərinin Azərbaycana cəlbinə, eyni zamanda bu ölkələrin işğaldan azad edilən ərazilərə investisiya qoymasına çox çalışır. Bu məsələnin də tərəflər arasında müzakirə edilməsi mümkündür.

Gülbəniz Hüseynli / METBUAT.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu