fbpx

Ralf Ranqnik: “Bakıda məğlub ola bilərik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıdakı görüşdə qalib gələ və ya məğlub ola bilərik”.

“Report” xəbər verir ki, bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ərəfəsində mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis qrupu birinci pillədə başa vurmaq arzusunda olduqlarını bildirib: “İntensiv məşq edirik, matça hazırlaşırıq. Məqsədimiz qrupda birinci yeri tutmaqdır. Futbolçular iki gün əvvəl oyun keçirsələr də, komandada ab-hava yaxşıdır. Çətin təqvimimiz var. Lakin buna hazırıq”.

O, Azərbaycan yığması barədə müsbət fikirlər səsləndirib: “Rəqibimiz son vaxtlar yaxşı oyun nümayiş etdirən komandadır. Keyfiyyətli oyunçuları var. Biz Azərbaycanı zəif rəqib hesab etmirik. Bununla belə, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin