fbpx

Ramin Hacılının cəzası azaldıldı



Dələduzluqda ittiham olunan ictimai fəal Ramin Hacılı ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

BEY.AZ bildirir ki, bu barədə APA-ya vəkili Rəşad Əliyev məlumat verib.

Məhkəmədə qərar qəbul edilib. Qərara əsasən, Ramin Hacılının cəzası 11 ay azaldılıb və üzərinə qəti olaraq 6 il 2 ay 20 gün cəza saxlanılıb.

Bundan başqa prokurorluğun verdiyi prosest təmin olunmayıb.

Qeyd edək ki, R.Hacılı 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək həbs edilib.

İctimai fəal kimi tanınan Ramin Hacılı, eyni zamanda Azərbaycan Avropa Hərəkatının sədri olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Hacılı 7 il 7 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzası 7 il 1 aya endirib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin