Ramiz Mehdiyevin baldızı oğlu niyə HƏBS EDİLDİ?
BEY.AZ informasiya agentliyi xəbər verir
Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.
Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, E.Əmirov ötən həftə “Bandotdel” tərəfindən saxlanılıb. Onun barəsində çoxsaylı şikayətlər olub.
Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. İddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş.
Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.
Əldə etdiyimiz daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı da var.
Belə ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə E.Əmirov barəsində 30 sutka həbs qərarı çıxarılıb.
Qeyd edək ki, E. Əmirov dünən AMEA Prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin baldızı oğludur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.