Ramiz Novruzun qızı buna görə boşandı
BEY.AZ informasiya agentliyi xəbər verir
Xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist-vizajist Şəfəq Novruz həyat yoldaşı Anardan ayrılıb.
Metbuat.az olay.az-a istinadən xəbər verir ki, buna səbəb isə stilistin qızı Ayandır.
İddialara görə, Ayanın gözəllik mərkəzi ilə bağlı yarandığı borclarını anası öz öhdəsinə götürüb, o qazandığı pullarla biznesində istədiyi uğuru qazanmayan qızına dəstək olmaq istəyib. Ş.Novruzun həyat yoldaşı isə buna qarşı çıxıb.
Bu səbəbdən aralarında problem yaranan cütlük münasibətlərini sonlandırıb.
Sonrakı prosesdə isə Şəfəq Novruz Anardan gözəllik salonunun idarəçiliyini, həmçinin, adına olan gəlinlik mərkəzini də geri alıb.
Qeyd edək ki, bu, stilistin ikinci evliliyidir. Onların bu izdivacdan Esmanur adlı bir qızı var. Novruzun böyük qızı Ayan isə ilk evliliyindəndir. Vizajist kimi çalışan Ayan Şəfəq isə ötən aylarda həyat yoldaşı Pərvizlə yollarını ayırıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.