fbpx

Ramos Avropa nəhənginə transfer ola bilər



“Sevilya”dan ayrılan Serxio Ramos hələ də özünə yeni klub tapa bilməyib.

BEY.AZ xəbər verir ki, müdafiəçi bir neçə klubla danışıqlar aparır. Lakin onlardan yalnız “Yuventus” Ramosu transfer etməkdə israrlıdır.

“Tuttosport”un məlumatına görə, “Yuventus” çarpaz bağ zədəsi səbəbindən sıradan çıxmış braziliyalı Qleison Bremerə əvəzləyici axtarır. Byankoneri rəhbərliyi hesab edir ki, “Real”ın keçmiş kapitanı hazırkı vəziyyətdə Tiaqo Mottanın komandasını gücləndirməyə qadirdir.

Xatırladaq ki, Ramos 2023-cü ilin yayında azad agent kimi “Sevilya”ya qayıtmışdı. Ötən mövsüm müdafiəçi komandanın heyətində bütün turnirlərdə 37 oyun keçirib və 7 qol vurub.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin