fbpx

Ramzan Kadırovun yalanı üzə çıxdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Çeçenistan lideri Ramzan Kadırov Ukraynadakı qoşunlarının “qələbələrindən” danışaraq, növbəti dəfə özünü “Tik-Tok”da biabır edib. Bu dəfə o, Luqansk vilayətinin Svetliçnoye kəndinin tutulduğunu bəyan edib. Məsələ burasındadır ki, bu yaşayış məntəqəsi 8 ildir əvvəl separatçılar tərəfindən tutulub.

Metbuat.az xəbər verir ki, çeçenlərin “qələbəsi” haqqında mesaj Kadırovun “Telegram” hesabında yer alıb:

“Svetliçnoye qəsəbəsi tamamilə azad edilib. Əziz qardaşımız general-mayor Şarip Delimxanovun rəhbərliyi ilə çeçen döyüşçülərinin koordinasiyalı hərəkətləri sayəsində quldurların azğınlaşdığı daha bir ərazini mütləq nəzarətə götürmək mümkün olub”.

O, “təmizləmə əməliyyatı”nın aparıldığını, daha sonra isə “humanitar tədbirlər” görüləcəyini bildirib.

2014-cü ildən Svetliçnoye kəndi “LXR” yaraqlıları tərəfindən işğal olunub. Yeri gəlmişkən, Svetliçnoye real döyüş yerlərindən 100 km-dən çox məsafədə yerləşir



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin