fbpx

Rasəf Həsənli imtahanda iştirak etməyibmiş



“Hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxsin 699,5 bal toplaması ilə bağlı müxtəlif media orqanlarında və sosial şəbəkələrdə tirajlanan məlumat saxtadır”.

BEY.AZ xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, adıçəkilən şəxs – Rasəf Həsənli ümumiyyətlə imtahanda iştirak etməyib.

Rasəf Həsənli özü də açıqlamasında qeyd edib ki, barəsində yayılan xəbərdən sosial media vasitəsilə xəbər tutub və həmin məlumatlar həqiqəti əks etdirmir.

***

17 iyun, 20:05

Lerikdə hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxs 699,5 bal toplayıb.

BEY.AZ xəbər verir ki, bu barədə Cənublu.az məlumat paylaşıb.

Bildirilib ki, rayonun Cəbrayıl Ağayev adına Biləvər kənd məktəbinin 2022-ci il məzunu Rasəf Həsənli I ixtisas qrupu üzrə iki mərhələnin cəminə görə 699,5 bal toplayaraq respublika birincisi adını qazanıb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin