fbpx

Rasim Balayayevi tənqid edənlər məhkəmə qarşısına çıxacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.

AKİ-dən Metbuat.az-a verilən məlumata görə, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq.

“Son dövrlər mətbuatda ara-sıra Azərbaycan Kinematoqrafçılar İttifaqının və ittifaqın uzun müddət sədri olmuş Xalq yazıçısı Rüstəm İbrahimbəyov vəƏdliyyə nazirliyi tərəfindən səlahiyyətləri təsdiq edilmiş sədri Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlara rast gəlinir:

Rüya tabirlerini burdan oku

“Bir tərəfdən aydındır və başa düşüləndir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransında legitim olaraq, Xalq artisti Rasim Balayevin sədr seçilməsi illərdir ki, kinomuzun maraqlarına zərər verən şəxslər tərəfindən qısqanclıqla qarşılanıb. Başqa tərəfdən isə bildirmək istəyirik ki, bu kimi əsassız çıxışlar boşa açılan güllələrdir, hədərdir və o çıxışlar kinematoqrafımızn inkişafına heç bir xeyir gətirməyəcək. Gələn il yaradılmasının 60 illiyini qeyd edəcək Azərbaycan Kinematoqrafçılar İttifaqı, ittifaqın üzvü olub-olmamasından asılı olmayaraq bütün həmkarlarımıza hörmətlə yanaşır. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin də əsas missiyası kinomuzun inkişafı və maraqları naminə bütün kinematoqrafçıları bir araya gətirib birləşdirməkdir və həmkarlarımıza üz tutaraq bu istiqamətdə həmrəyliyə, yoldaşlığa dəvət edirik. Bir daha xəbərdarlıq edirik ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının, və ittifaqın uzun müddət sədri olmuş, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun və 31 may tarixində ittifaqın konfransında sədr seçilmiş Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək hər hansı bir çıxışlar olarsa, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq”- AKİ-dən bildirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu