fbpx

Rasim Məmmədova HÖKM OXUNDU

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Metbuat.az-ın APA-ya istinadən xəbərinə görə, Sumqayıt Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Rasim Məmmədov xuliqanlıqda təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, QHT rəhbəri Rasim Məmmədov 2022-ci ilin fevral ayında həbs olunub.

İttihama görə, Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb edib. Ramiz Hüseynov həyətə düşdükdən sonra Rasim Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla şirkətin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

Qeyd olunan əmələ görə, Rasim Məmmədova qarşı Cinayət Məcəlləsinin 221.3(silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rasim #Məmmədova #HÖKM #OXUNDU

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu