fbpx

“Razi Alışovun müxalif fikirli olduğuna görə həbs olunması əsassızdır”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Sosial şəbəkələrdə Razi Alışov adlı şəxsin müxalif fikirli olduğuna görə şərlənərək həbs olunduğu iddia edilir.

Metbuat.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, qeyd olunan iddialar tamamilə əsassızdır.

“Həmin iddiaları tirajlayanlara müraciət edərək bildirirəm ki, narkotiklərin satışı ilə məşğul olanları müdafiə etməkdənsə, belələrini kəskin qınamalıyıq. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hər gün onlarla şəxs saxlanılaraq barələrində müvafiq tədbirlər görülür. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər siyasi baxışlarına və cəmiyyətdə tutduqları mövqelərinə görə deyil, törətdikləri konkret əmələ görə məsuliyyətə cəlb olunurlar.

Rüya tabirlerini burdan oku

Gəncə şəhər sakini Razi Alışov da dünən şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində narkotik vasitə olan metamfetamini satarkən tutulub” – DiN rəsmisi bildirib.

O qeyd edib ki, faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Vətəndaş R.Alışov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu