fbpx

Razi Nurullayev deputat həmkarının güllələnməsindən DANIŞDI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Deputat həmkarım Fazil Mustafaya edilən sui-qəsdin sifarişçi və icraçılarını şiddətlə pisləyirəm. Son günlər Azərbaycanda siyasi sabitliyi pozmaq və məkrli düşmənçilik planlarını həyata keçirmək üçün cəhdlər çoxalıb. Bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq”.

Metbuat.az xəbər verir ki, bunu deputat Razi Nurullayev feysbuk hesabında yazıb:

“Hüquq-mühafizə orqanları 24 saat keşikdədir və cinayətkarları bir neçə saat ərzində zərərsizləşdirə biliblər. Yenə də belə olacaq. Düşmən dövlətlər və daxilimizdə olan xainlər, agentlər ölkəmizi sarsıda bilməyəcəklər. Xalqımızın səyi və siyasi həmrəylik mühitində düşmənlərimizə qalib gələcəyik.

Rüya tabirlerini burdan oku

Fazil bəyə acil şəfalar diləyirəm. Bu cür xain terrorrlar xalqımızın və dövlətimizin iradəsini sındıra bilməz. Hamımız bir olmalı və xainləri xar etməliyik!”.

Qeyd edək ki, deputat Fazil Mustafa bu gün evinin önündə güllələnib. Ona Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Razi #Nurullayev #deputat #həmkarının #güllələnməsindən #DANIŞDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu