“Real Madrid” bu futbolçunu satışa çıxardı
BEY.AZ informasiya agentliyi xəbər verir
“Real Madrid” ukraynalı qapıçı Andrey Lunini satmağa hazırlaşır.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, “Kral klubu” futbolçu üçün transfer məbləği müəyyənləşdirib. İspaniya nəhəngi onu səkkiz milyon avroya satmağı düşünür.
24 yaşlı ukraynalı müqaviləsinin sonuna – 2024-cü ilin yayına qədər “Real Madrid”də qalmaq niyyətindədir.
Qeyd edək ki, futbolçu ABŞ-yə mövsümöncəsi turne zamanı komandanın qapıçılar üzrə məşqçisi ilə dalaşıb. Bu səbəbdən o, növbəti mövsüm üçün heyətdə düşünülmür.
Lunin 2018-ci ildə 8,5 milyon avroya Madrid klubuna keçib. O, ötən mövsüm 12 oyuna çıxıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Real #Madrid #futbolçunu #satışa #çıxardı