“Real” Mbappe ilə bağlı hərəkətə keçdi
“Real Madrid” təcavüz iddialarından sonra fransız superulduz Mbappeni tək qoymayıb.
BEY.AZ xəbər verir ki, İsveç dairələri ötən həftə Mbappenin qaldığı oteldə şübhəli zorlama ilə bağlı rəsmi şikayəti araşdırır. İsveç mediası “Real Madrid”in ulduzunun bu işdə şübhəli olduğunu bildirib. Mbappe iddiaları “saxta xəbər” adlandırıb. AFP-nin verdiyi xəbərə görə, “Real” futbolçuya dəstək təklif edib və klub bu ittihamları “idman tarixindəki ən böyük saxtakarlıq” adlandırıb. Qeyd edək ki, bu iddialardan sonra “Real” Mbappeni Adidasın tanıtım tədbirindən çıxarıb.
İddia edilir ki, “Real” futbolçunun adının qalmaqalda hallanmasına görə belə qərar verib. “Real” isə iddia edib ki, Mbappenin tədbirdə iştirak etməməsinin səbəbi fransız ulduzun Adidasın əsas rəqibi olan “Nike” şirkətinin tərəfdaşı olmasıdır.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |