“Real” rəhbərliyindən Ançelottini qəzəbləndirən, Ardanı sevindirən qərar
“Real Madrid” zədəli futbolçulara baxmayaraq, mövsümün fasiləsində transfer etməyi planlaşdırmır.
BEY.AZ xəbər verir ki, “Real”da David Alaba, Carvajal və Militao sıradan çıxıb. Lakin fasiləyə lider “Atletiko Madrid”dən bir xal geridə girən “Real Madrid” rəhbərliyi mövsümün fasiləsində heyətini gücləndirməyəcək. Bildirilir ki, “Real” rəhbərliyinin transfer fikrindən daşınması Asensio və Tşouameninin uğurlu çıxışı ilə bağlıdır. AS qəzetinin xəbərinə görə, “Real” rəhbərliyi transfer etməmək fikrində qərarlıdır. Bu Arda Gülerin tez-tez əsas heyətə düşməsinə şərait yarada bilər. Bundan əvvəl Ançelottinin Ardanı əsas heyət oyunçuysu hesab etmədiyi barədə xəbərlər dərc edilmişdi.
Mövsümün sonunda“Real” sağ cinah və yarımmüdafiə mövqelərinə transfer edə bilər. “Real”ın hədəfindəki futbolçu Alexander-Arnoldun “Liverpul”la müqaviləsi mövsümün sonunda yekunlaşır. “Real” futbolçunu pulsuz almaq istəyir. “Real Madrid”in siyahısında “Real Sosyedad”dan Martin Zubimendi və PSJ-dən Vitinya da var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |