“Real” zədəsini sağaldan Ardaya qərarını bildirdi
“Real Madrid”in futbolçusu Arda Güler zədəsini sağaldıb.
Metbuat.az xəbər verir ki, Arda artıq fərdi və komanda ilə məşqlər edir. Bununla belə, “Real Madrid” Ardaya zədəsinə sağaltmasına baxmayaraq onun heyətə daxil etməyəcəyini bildirib.
Məlumata görə, Arda əsas heyətdə yer almayacaq və o, məşqlərini davam etdirəcək. İspaniya mediasının məlumatına görə, klub Ardanın özünü daha da gücləndirməsini istəyir. “Real Madrid” Ardanın fiziki baxımdan gücləndirmək üçün proqram hazırlayıb.
Qeyd edək ki, Arda Gülerin icarəyə göndərilməsi gündəmdə olsa da, klubdan bəzi dairələr buna qarşı çıxıb. Arda özü də klubda qalmaq istəyir. Əsas heyətdə oynamaq istəyən Ardanın hələ heyətə daxil edilməyəcəyi qeyd edilir.