“Real”da Arda böhranı – Razılığa gələ bilmirlər
“Real Madrid”in futbolçusu Arda Güler başqa kluba getmək istəmir.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Real Madrid” mövsümün fasiləsində Ardanı oyun ritmini tapması üçün İspaniya klublarına icarəyə göndərmək istəyir. Məlumata görə, Arda bununla razı deyil. Bildirilir ki, “Real” Ardanı mövsümün fasiləsində icarəyə göndərməyə razı sala bilməsə, mövsümün ikinci yarısındakı performansına görə icarə məsələsinə qərar verəcək.
İspaniya mediasının məlumatına görə, icarə xəbərlərinin dərc edilməsindən sonra “Real Betis” klubu təklif irəli sürüb. “Betis” klubu Ardanın icarə əsasında transfer edərək, onu əsas heyətdə oynadacağına söz verib.