fbpx

“Real”dan dramatik qələbə, “Yuventus” məğlub oldu



UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tura bu gün 9 oyunla start verilib.

BEY.AZ-ın məlumatına görə, İspaniyanın “Real” klubu doğma meydanda Almaniya təmsilçisi “Borussiya”nı (Dortmund) qəbul edib. Qarşılaşma “Real”ın 5:2 hesablı qələbəsi ilə başa çatıb.

PSJ (Fransa) Niderland təmsilçisi PSV ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. İtaliyanın “Yuventus” klubu isə “Ştutqart”a (Almaniya) 0:1 hesabı ilə məğlub olub.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

III tur

22 oktyabr

20:45. “Milan” (İtaliya) – “Brügge” (Belçika) 3:1

20:45. “Monako” (Fransa) – “Srvena Zvezda” (Serbiya) 5:1

23:00. PSJ (Fransa) – PSV (Niderland) 1:1

23:00. “Yuventus” (İtaliya) – “Ştutqart” (Almaniya) 0:1

23:00. “Aston Villa” (İngiltərə) – “Bolonya” (İtaliya) 2:0

23:00. “Jirona” (İspaniya) – “Slovan” (Slovakiya) 2:0

23:00. “Şturm” (Avstriya) – “Sportinq” (Portuqaliya) 0:2

23:00. “Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 5:2

23:00. “Arsenal” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna) 1:0

Qeyd edək ki, Liqa mərhələsində III tura bu gün baş tutacaq 9 oyunla yekun vurulacaq.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin