fbpx

“Real”ın Mbappe israrı davam edir

BEY.AZ informasiya agentliyi xəbər verir


“Real Madrid” bu mövsüm Kilian Mbappeni transfer etməkdə qərarlıdır.

Metbuat.az xəbər verir ki, “Real Madrid” PSJ-yə Mbappe üçün 120 milyon avro təklif edib. “Bild” qəzetinin məlumatına görə, “Real” transfer mövsümünün müddəti bitənə qədər Mbappeni heyətə cəlb etmək istəyir. Xarici KİV-lər yazır ki, PSJ təklifi qəbul etmək üzrədir.

Qeyd edək ki, Kilian Mbappenin Paris komandası ilə müqaviləsi gələn ilin yayında başa çatacaq. Mbappe PSJ-nin yeni müqavilə təklifini rədd edib və müqaviləsi bitdikdən sonra komandadan ayrılacağını bildirib. PSJ ilə Mbappe arasında gərginlik olsa da, Mbappe sadiqlik bonusundan imtina etdikdən sonra tərəflər arasında gərginlik aradan qalxıb və futbolçu məşqlərə qaytarılıb.

PSJ “Əl-Hilal”ın Mbappe üçün 259 milyon funt-sterlinq təklifini qəbul etsə də, ulduz futbolçu Səudiyyə Ərəbistanı klubunda oynamaqdan imtina edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Realın #Mbappe #israrı #davam #edir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin