“Real”ın oyunu təxirə salındı – Əsrin fəlakəti
İspaniya La Liqasının 12-ci turunun “Valensiya” – “Real Madrid” matçı təxirə salınıb.
BEY.AZ xəbər verir ki, oyun sel səbəbilə təxirə düşüb. Məlumata görə, bundan əvvəl İspaniyada Kral Kubokunda keçirilməli olan “Parla Eskuela” – “Valensiya” və “Pontevedra” – “Levante” matçları təxirə salınmışdı. Məlumatda deyilir ki, La Liqasının 12-ci turunun “Levante” – “Malaqa” matçı da təxirə salına bilər.
Qeyd edək ki, İspaniyanın şərq və cənub bölgələrində əsrin fəlakəti baş verib. Sel və qasırğa nəticəsində ölənlərin sayı 150-ni ötüb. Çox sayda insan itkin düşüb. Ölüm hadisələrinin əksəriyyəti Valensiyada qeydə alınıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |