fbpx

Referendum olsa, konstitusiyada nələr dəyişə bilər?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Son günlərdə payız aylarında referandum keçiriləcəyi ilə bağlı müzakirələr gedir. İddia edilir ki, referendum konstitusion islahatlarla bağlı olacaq.

Əgər ölkədə konstitusiya ilə bağlı referendum keçirilsə, hansı dəyişikliklər ola bilər?

Məsələ ilə bağlı Metbuat.az siyasi şərhçi Asif Nərimanlı ilə söhbətləşib. Asif Nərimanlı bildirib ki, əgər sözügedən referendum keçirilərsə, siyasi idarəetmədə böyük dəyişiklik olmayacaq. Burada əsasən yerli idarəetmələrlə bağlı məsələlərə baxıla bilər:

“Əgər konstitusiya islahalatları ilə bağlı referendum olacaqsa, yerli idarəetmədə dəyişiklik ola bilər. Ölkənin siyasi idarəetməsində böyük dəyişiklik gözlənilməməlidir. Hazırkı konstitusiya bir çox məsələlərdə idarəetmə məsələlərində toqquşur. Əslində, bu, əvvəldən gündəmə gələn məsələdir. Bir çox rayonun regional idarəetmədə birləşdirilməsi nəzərdə tutulmuşdu. Bu həm effektiv fəaliyyət baxımından, həm də maliyyə xərcləri baxımından lazımlıdır. Vətən müharibəsindən sonra bu mövzu daha da aktuallaşdı. Çünki Qarabağ, Şərqi Zəngəzur kimi iqtisadi rayonlar yaradıldı və oraya xüsusi nümayəndələr göndərildi. Ölkənin bir hissəsində ayrı sistem, digər hissəsində ayrı bir sistem düzgün deyil. Böyük ehtimal bu məsələlərdə dəyişiklik olacaq”.

Rüya tabirlerini burdan oku

Siyasi şərhçinin sözlərinə görə, idarəetmədə nəzərdə tutulan dəyişiklik Xankəndi məsələsinə hesablanmış ola bilər:

“Düşünə bilərik ki, bu həm də Xankəndi məsələsinə hesablanıb. Böyük ehtimal, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə mərkəzi hakimiyyət təmin edildikdən sonra Xankəndi və digər ərazilərə xüsusi nümayəndə təyin olunacaq. Əslində, bu lap əvvəldən var idi. Prezidentin səlahiyyətli nümayəndəsi birbaşa orada mərkəzi hakimiyyəti icra edəcək”.

Ermənilər bu təxribata da əl atdı: Tezliklə...

O həmçinin bildirib ki, hazırda siyasi baxımdan dəyişdiriləcək vacib məsələ görünmür. Naxçıvan Muxtar Respublikasının də ləğvi referendumun gündəliyində ola bilər:

“Xüsusən uzun müddət söhbət gedən məsələ majoritar sistemdən proporsional sistemə keçidlə bağlıdır. Siyasi islahatlar baxımından bu mümkündür. Azərbaycanda dövlət həm də siyasi müxalifətin fəaliyyətinə xüsusi fikir verir. Onların qeydiyyata alınması, ofislə təmin edilməsinə qədər. Əslində, Qarabağ müharibəsindən sonra belə bir sistemə ehtiyac var. Proporsional sistemə keçid olarsa, daxil siyasi mənzərənin plüralizm və digər məsələlər baxımından daha da zəngin edə bilər.

Digər bir məsələ isə Naxçıvan Muxtar Respublikasının ləğvidir. Bu bir qədər uzun prosesdir. Bunun baş verəcəyini təkcə konstitusiya islahatları ilə həll etmək mümkün olmasa belə, böyük ehtimal muxtar vilayəti məsələsi ləğv edilə bilər. Səbəblərdən biri regional idarəetmə sistemi ilə bağlı olsa da, digər səbəb siyasi baxımından yanaşmadır. Qarabağda yaşayan ermənilər muxtariyyət əldə etmək istəyə bilərlər. Əgər Naxçıvan Muxtar Respublikası varsa, erməni separatizmi baş qaldıra bilər. Azərbaycan bütün risk hesab edilə biləcək məsələləri sıradan çıxarır.

Bundan başqa, böyük ehtimal həm də Zəngəzur dəhlizi açılarsa, Naxçıvana maneəsiz keçid həll edilərsə, bu, ondan sonra daha da aktuallaşa bilər. Konstitusiya islahatları hələlik bu konteksdə görünür. Burada həmçinin vitse-prezidentlik insitutunun praktiki müstəvi işlənilməsi də müzakirə oluna bilər”.

Gülər Seymurqızı / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Referendum #olsa #konstitusiyada #nələr #dəyişə #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu