fbpx

Reseptlərin elektron formada yazılmasına imkan verən sistem yaradılacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Gələn ildən dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistem tətbiq ediləcək.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyi klinik protokolların hazırlanmasını, onların elektron bazasının yaradılmasını və özünün rəsmi internet səhifəsində yerləşdirilməsini, habelə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrinin, həmçinin özəl tibb fəaliyyəti ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçilərinin (həkim və tibb məntəqələrinin feldşerləri) həmin elektron bazaya çıxışını dörd ay müddətində təmin etməlidir.

Rüya tabirlerini burdan oku

Eyni zamanda nazirliyə qanunda nəzərdə tutulmuş reseptin formasını, habelə dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqini, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrinin, həmçinin özəl tibb fəaliyyəti ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçilərinin (həkim və tibb məntəqələrinin feldşerləri) həmin sistemə qoşulmasını 2024-cü il yanvarın 1-dən təmin etmək tapşırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Reseptlərin #elektron #formada #yazılmasına #imkan #verən #sistem #yaradılacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu