Rişi Sunak İsrailə səfər etdi
Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrailə dəstək üçün Təl-Əvivə səfər edib.
BEY.AZ xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş Nazirliyinin rəsmi sosial media hesabında bildirilib. Açıqlamada, “Baş nazir ölkə və bölgə liderləri ilə görüşmək üçün İsrailə getdi. Böyük Britaniya HƏMAS terrorunun daha da genişlənməsinin qarşısını almağa çalışır. Günahsız insanların itkisinin qarşısını almaq üçün hər cür səy göstərilməlidir” deyə bildirilib.
Sunak şəxsi sosial media hesabında etdiyi paylaşımda isə “Mən kədərli olan İsraildəyəm. Mən sizinlə birlikdə yas tuturam və terror qarşı sizinlə birgəyəm. Bu gün və həmişə” deyə qeyd edib.