fbpx

Ronaldo “Mançester Yunayted”dən göndərilir

BEY.AZ informasiya agentliyi xəbər verir


Portuqaliyalı millisinin futbolçusu Kriştianu Ronaldo cari mövsümün sonunda İngiltərənin “Mançester Yunayted” klubundan ayrıla bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilir ki, Mançester təmsilçisinin rəhbərliyi portuqaliyalı hücumçunun davranışından və çıxışından narazıdır. Bu səbəbdən 37 yaşlı forvardın göndərilməsi gündəmdədir.

Son qərarı klubun ortaq sahibi Coel Qleyzer və idarə heyəti verəcək.

Qeyd edək ki, Kriştianu Ronaldo bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyunda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu