Ronaldo penaltini vura bilmədi, ağladı
Avropa Çempionatının 1/8 finalında Sloveniya ilə qarşılaşan Portuqaliya yığmasının ulduzu Kriştiano Ronaldo göz yaşlarını saxlaya bilməyib.
BEY.AZ xəbər verir ki, buna səbəb kapitanın 105-ci dəqiqədə penaltini vura bilməməsidir. O, Slaveniya qapısına təyin olunan penaltini istifadə edə bilmədiyi üçün ağlayıb.
Qeyd edək ki, qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb – 0:0. Qalib penaltilər seriyasından sonra bəlli olub. Burada daha dəqiq oynayan (3:0) portuqaliyalılar 1/4 finala yüksələrək Fransaya rəqib olublar. Ronaldo penaltilər seriyasında isə qol vura bilib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |