fbpx

Rövnəq Abdullayevin ölkədən çıxışına qadağa qoyuldu

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə səfər qarşılaşmasına getməyib. Baxmayaraq ki, onun səfəri əvvəlcədən planlaşdırılmışdı. AFFA-nın baş katibi Sərxan Hacıyev mətbuata verdiyi açıqlamada bunu Rövnəq Abdullayevin işinin çoxluğu ilə əlaqələndirib. “Rövnəq müəllim həm də iqtisadiyyat nazirinin müavinidir. Qrafik sıxlığı ilə bağlı bura gələ bilmədi. Amma komanda ilə görüş oldu, telefon bağlantısı ilə qoşulmuşdu. Bir çox məsələlər müzakirə edildi”, – Hacıyev deyib.

BEY.AZ Publika.az-a istinadən xəbər verir ki, AFFA prezidenti Estoniyaya Azərbaycandan çıxışına qadağa qoyulduğu üçün gedə bilməyib.

Məlumata görə, AFFA prezidentinin həm sabiq iş yeri SOCAR-da, həm də AFFA-da böyük yeyinti aşkarlanıb.

Söhbət milyardlarla manat vəsaitdən gedir. Ona görə də Rövnəq Abdullayevin ölkədən çıxışına qadağa qoyulub. Onun həbs olunma ehtimalının da olduğu bildirilir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Rövnəq #Abdullayevin #ölkədən #çıxışına #qadağa #qoyuldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu