fbpx

Rövnəq Rzayev prorektor təyin edildi



UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri professor Rövnəq Rzayev UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru təyin olunub.

BEY.AZ xəbər verir ki, bu barədə Universitetin mətbuat xidmətindən məlumat verilib.

Rövnəq Rzayev 1970-ci il fevral ayının 12-də Ordubad rayonunun Biləv kəndində anadan olub. 1986-cı ildə orta məktəbi, 1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib.

1988-1989-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1992-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində əyani aspirant olub.1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.

1998-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, 2014- cü ildə doktorluq dissertasiya işini müdafiə edərək, fizika üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.

2011-ci ildən 2020-ci ilə kimi UNEC-in “Fizika və kimya” kafedrasına rəhbərlik edib.

2020-ci ildən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiridir. 160-dan artıq elmi əsərin, o cümlədən 25-i impakt faktorlu jurnallarda olmaqla, 65 məqalənin, 20-yə qədər beynəlxalq və 45-dən yuxarı respublika səviyyəli konfrans materiallarının, 2 dərs vəsaitinin, 8 proqram və metodiki vəsaitin müəllifidir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

“Tədqiqatçı” adlarının təsis edilməsi haqqında UNEC-in 19.03.2019-cu il tarixli əmrinə əsasən, 2024-cü ilin iyulunda prof. R.Rzayevə “Tədqiqatçı-professor” statusu verilib.

Rövnəq Rzayev 21.10.2024-cü il tarixindən Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin olunub.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin