Rövşanə Ağasəfqızı bu kanalda çalışacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, aparıcı Rövşanə Ağasəfqızı “Space TV”dən işdən çıxarılıb.
Metbuat.az “Axşam.az”a istinadən xəbər verir ki, o, MTV-də fəaliyyətini davam etdirəcək.
Rövşanə kanal rəhbərliyi ilə görüşüb və təklifi qəbul edib.
Qeyd edək ki, R.Ağasəfqızı Axşam.az-a açıqlamasında “Hazırda məzuniyyətdəyəm. Bu gün “Space TV”nin rəhbəri Vado Korovinin kürəkəni, icraçı direktor mənə zəng vurdu və işimə xitam verildiyini bildirdi. Heç bir səbəb isə söyləmədi. Mənim üçün gözlənilməz oldu. Maraqlı layihə olarsa, iş təkliflərini dəyərləndirməyə hazıram” sözlərini deyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rövşanə #Ağasəfqızı #kanalda #çalışacaq