fbpx

Röya Ayxanın konsertinə atası ilə qayınanası gəldi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxanın sentyabrın 1,2 və 3-də Konqres Mərkəzində keçirilən “Biri var” adlı canlı solo konsertinin iki günü qeridə qalıb.

Metbuat.az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi gecədə repertuarında yer alan, eyni zamanda yeni “14/41” albomuna daxil olan 22 mahnı səsləndirib.

Səhnə şousu üçün Röya xaricdən bahalı “Kuka” robotunu gətizdirib. Sözügedən robotun köməyi ilə müğənni bir neçə dəfə göyə qalxıb və mexanizmə birləşən kvadrat qurğunun içində uzanaraq mahnılarını ifa edib.

Rüya tabirlerini burdan oku

Gecədə üç geyim dəyişdirən estrada ulduzunun makiyajı və imici üzərində stilist Elnur Həsənov çalışıb.

Diqqət çəkən məqam isə konsertin ikinci günündə Xalq artistinin musiqiçi atası Yaqub Nəcəfovun və keçmiş həyat yoldaşı Anar Cəlilovun anasının iştirak etməsi olub.

Həddən artıq həyacanlı olduğunu dilə gətirən Röya gecənin ikinci günündə baş vermiş texniki qüsurların aradan qaldırıldığını bildirib.

Qeyd edək ki, bu gün Röyanın Konqres Mərkəzində anşlaqla keçən konsertinin sonuncu, yəni üçüncü günü olacaq.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Röya #Ayxanın #konsertinə #atası #ilə #qayınanası #gəldi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu