fbpx

​Röyadan 20 min verib ad günümə gətirərəm deyən Şəbnəm Tovuzluya cavab

BEY.AZ informasiya agentliyi xəbər verir

Röya “20 min verib ad günümə gətirərəm” deyən Şəbnəm Tovuzluya cavab verib – “Kefimə baxır”.

Metbuat.az xəbər verir ki, bunu Xalq artisti Röya Ayxan ARB TV-nin “Həmin Zaur” verilişinin qonağı olan zaman deyib.

Xalq artisti onu məclisinə 20 min verib çağırmaq istəyən Şəbnəm Tovuzluya səslənib:

“Bəzi məclislər olub ki, 20 mini iki dəfəyə vurun mən ora getməmişəm, amma bəzi məclislər də var ki, pulsuz getmişəm. Əgər o xanım sənət aləmində varsa və mən onu tanıyıramsa, təbrik etmək üçün pulsuz gedərəm. Ad günü elə bir şeydir ki, gərək insanaların arzuları yerinə yetirəsən. Bəzi məclislərdə sənət dostlarım mənə pul da veriblər, brilliant üzüyümü də taxıblar. Ona görə deyirəm ki, hər şeyi nə pula bağlayaq, nə də başqa məsələlərə. Ola bilər gələrəm, ola bilər gəlmərəm. Baxır mənim kefimə. Pulsuz yerə söz vermişəmsə gedərəm, nəinki, pul aldığım yerə”.

Qeyd edək ki, “Həmin Zaur” verilişinin ötən buraxılışda müğənni Şəbnəm Tovuzlunun “İstəsəm Röya Ayxana 20 min verib doğum günümə çağıraram” açıqlamasını vermişdi.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin