fbpx

Roza Zərgərli toy qiymətini açıqladı


Müğənni Roza Zərgərli toy qiymətini açıqlayıb.

BEY.AZ Bizim.media-ya istinadən xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “Zarafat bir yana” verilişində deyib.

Sənətçi bildirib ki, el şənliklərinə 30 dəqiqəlik çıxışı üçün 5000 manat, bütöv toyu ansambl ilə birlikdə 12.000 manata idarə edir.

Bundan başqa Roza vurğulayıb ki, bir sıra hərbçilərin və qazilərin toyuna pulsuz gedir:

“Mən ehtiyatda olan kapitanam. Ehtiyatda olan zabitlər, qazilər bu addan spekulyasiya etməyən, əsl olanların hamısının toyunda pulsuz çıxış edirəm. Hətta bu yaxınlarda belə bir hadisə yaşandı ki, bilmədik kimin toyudur, beh götürdük. Onun toyuna getdik. Gördük ki, bəy kostyumunda sinəsi dolu ordenlərdir. O zaman biz aldığımız behi də qaytardıq və toyu təmənnasız oxudum”.

Müğənni daha sonra həmkarları Xalq artisti Miri Yusifin 30 dəqiqəlik çıxışı üçün aldığı 8000 manat və bəstəkar-müğənni Murad Arifin bütöv məclisi idarə etməsinə görə 15.000 manat qonorar məsələsinə də münasibət bildirib:

“Hər şeyin öz qiyməti var. Bizim formalarımız böyük ola bilər, amma şişirtməklə aramız yoxdur. Mən bütöv toydan aldığım 12.000 manat qonorar bugünki gün üçün hamının xoş günündə çatdıracağı məbləğdir. O qiyməti də şişirtməklə deyil… Hər kəs evində Roza Zərgərlinin görmək istəyər. Əgər imkanı çatmasa ürəyində qalacaq. Mən niyyət etmişəm ki, övladımın toyunu iki sənətçi başdan-ayağa aparacaq. Qalan sənət dostlarım məclisimizə qonaq gələcək. O iki müğənnilər isə Əməkdar artistlər Rühəngiz Allahverdiyeva və Elton Hüseynəliyevdir”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin