fbpx

Rubl sürətlə ucuzlaşır- Dolların vəziyyəti necə olacaq?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən həftə hərraclarda dollara tələb artıb. Belə ki, avqustun 10-17-də Mərkəzi Bankın təşkil etdiyi 3 valyuta hərracında 127.9 milyon dollar satılıb. Bu, daha əvvəl təşkil edilən 3 hərrac ilə müqayisədə 27.3 faiz çox satış deməkdir. Bu isə son hərraclarda dollar tələbinin hiss edilən səviyyədə yüksəlməsindən xəbər verir.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, dollara tələbin artması mövsümi iqtisadi səbəblərlə yanaşı, psixoloji faktorlarla da bağlıdır. Belə ki, yay mövsümünün sona yaxınlaşması, idxalın artması dollara yeni tələb yaradır. Bununla yanaşı, qonşu ölkələrdəki volatillik, xüsusən də Rusiyada rublun ucuzlaşması valyuta bazarına psixoloji təsir formalaşdırır.

Rüya tabirlerini burdan oku

Xatırladaq ki, bu ilin birinci yarısında 8 milyard 198 milyon dollarlıq idxal qeydə alınıb. Bu ötən ilin uyğun dövrü ilə müqayisədə 22.5 faiz çoxdur. İdxalın artması isə dollara daha çox tələb yaradır.

Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılıdır. Azərbaycan “üzən məzənnə” rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlığı Mərkəzi Bankın qərarları müəyyənləşdirir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rubl #sürətlə #ucuzlaşır #Dolların #vəziyyəti #necə #olacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu