fbpx

Rubl yenidən SİLKƏLƏNƏ bilər – Rusiyada dollara tələbin artması xarici valyuta qıtlığı yaradacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


“Görünən isə odur ki, müharibə davam edərsə və sanksiyalar genişlənərsə bu rubl üçün sonuncu dayanacaq olmayacaq”.

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib. Onun açıqlamasına görə, Rusiyada dollara tələbin artması xarici valyuta qıtlığı yaradacaq.

“Artıq, demək olar, bütün Rusiya banklarının qarşısında uzun növbələr müşahidə olunur. Vətəndaşlar banklardan pullarını götürməyə çalışırlar. Bu isə Rusiyanın bank sektoru üçün ciddi neqativ nəticələrə səbəb ola bilər. Rusiyanı SWİFT-dən uzaqlaşdırmaq ilə bağlı qərardan sonra bu ölkənin maliyyə sektoru sanksiyalara daha kəskin reaksiya verməkdədir. Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı qərar qəbul ediləcəyi halda isə bu rublu ciddi silkələyə bilər”.

Vüqar Bayramov qeyd etdi ki, savaşın başlamasından beş gün keçməsinə baxmayaraq Qərbin sankisyaları Rusiya iqtisadiyyatına artıq ciddi təsirlər göstərməkdədir. Görünən odur ki, bu müharibə Rusiya iqtisadiyyatı üçün heç də ucuza başa gəlməyəcək.

“Artıq rusiyalı iki milyarder müharibənin dayandırılması ilə bağlı müraciət edib. Çünki biznes yeni sanksiyalar dalğasından ciddi şəkildə ehtiyatlanmaqdadır”.

Qeyd edək ki, rusiyalı milyarderlər sırasında ən çox itki verən iş adamı Gennadi Timçenkodur. 2022-ci ildə 69 yaşlı biznesmenin sərvət üçdəbir azalıb. 1990-cı illərin əvvəllərində Rusiyanın gələcək prezidenti Vladimir Putinlə dost olan sovet zabitinin oğlu Timçenkonun bank hesablarında təxminən 16 milyard dollar var və sərvətinin əsas hissəsi Rusiyanın qaz hasilatı “Novatek” şirkətinin payından əldə olunub.

Bu şirkətin digər səhmdarı Leonid Mixelsonun sərvəti bu il 6,2 milyard dollar azalıb. “Lukoyl”un İdarə Heyətinin sədri Vahid Ələkbərov da xeyli maliyyə itkisi verib. Analitiklər onun eyni dövrdə təxminən 3,5 milyard dollar itirdiyini deyirlər. Enerji şirkətinin səhmləri təxminən 17 % ucuzlaşdığı vurğulanıb.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin