fbpx

Ruhən “qoca” və ya “cavan” olmaq nə dərəcədə doğrudur?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İnsanlar bəzən yaşını soruşanda bioloji yaşını astadan deyib, “ruh yaşı”nın cavan olmasını qeyd edirlər. “Ruh yaşı”nda sanki daha gənc və enerjili olurlar. Sanki bioloji yaşlarını qəbul etmək istəmirlər. Düzdür, hamı belə deyil. Elə insanlar var ki, çox gənc olsalar da, dediklərinə görə ruhən “qoca”dırlar. Sanki onların ruhu cismlərindən daha tez yaşlanıb. Belələrində daimi kədər, yorğunluq əlamətləri də gözümüzdən yayınmır. Görəsən, “ruh yaşı” deyilən məfhum doğrudan da varmı? Yoxsa heç belə bir şey yoxdur, sadəcə, insanların təxəyyül məhsulu, halını ifadə etmək üçün bir ifadədir? Hazırda Ümumdünya Səhiyyə Təşkilatının təyin etdiyi yaş hədləri bu cürdür: gənclik – 18-44, orta yaş – 45-60, yaşlılıq dövrü 61-75, qocalıq dövrü 76-90. Uzunömürlülük dövrləri isə 90-dan yuxarı hesab olunur.

Bəs insanların “ruh yaşı” dedikləri məfhum bu yaş hədləriylə nə dərəcədə üst-üstə düşür?

Metbuat.az xəbər verir ki, “Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

Rüya tabirlerini burdan oku

Psixiatr İradə Ramazanova deyir ki, ruh heç vaxt qocalmır:

“Problemli insanlar özlərini yorulmuş, tükənmiş hiss edirlər və bu, ruh düşkünlüyü yaradır. Onlar sanki özlərini bioloji yaşlarından daha böyük hiss edirlər. Lakin insanın ruhu həmişə cavandır. Məsələn, ruh düşkünlüyü olan insanı depressiyadan çıxartsaq, o da özünü cavan hiss edəcək. Ümumiyyətlə isə ruhun yaşı yoxdur. Biz cismən sağ da olsaq, ölü də olsaq, ruh elə ruhdur, dəyişmir. Yorğun, tükənmiş, kiçik yaşlardan böyük insanların həll edəcəyi problemləri həll etməli olan insanların “ruh yaşı” böyük olur. Çünki onlar kiçik çiyinlərinə böyük yüklər qaldırıblar. Bundan başqa, hər şeyə şübhəylə yanaşan insanlar da bu cürdür. Onlar daim şübhə və tərəddüd içində olur, hər şeydən ehtiyat edir, yoxlayır, sınaqdan keçirir, dəfələrlə baxır, sonra addım atır, qərar qəbul edirlər. Bax, bu cür həddindən artıq ehtiyatlı insanlar bioloji yaşlarından daha böyük düşünürlər. Bundan başqa, həddindən artıq yüklənmiş, böyük işlər görən, bütün günü düşünən, zehni əmək sərf edən insanların da, təbii ki, düşüncəsi xronoloji yaşından daha çox olacaq”.

Psixiatr qeyd edir ki, məsuliyyətsiz, sabahını düşünməyən, rahat, hər şeyə boş yanaşan insanlar da var:

“Onlar sanki həmişə uşaq kimi qalırlar. Yəni rahat ömür yaşayan, hər şeyi rahat əldə edən, bərkə-boşa düşməyən, heç nəyi ciddiyə almayan, fikir çəkməyən adamlar ruhən də böyümürlər. Adam var 30 yaşında atası yoxdur, ailəsini – anasını, bacısını, qardaşını saxlayır, özü evlənə bilmir . Adam var ki, 30 yaşında evlənib, ailəsini də ata-anası saxlayır. Təbii ki, onların ruhu da böyüməyəcək. Mənə elə gəlir ki, ruh yaşı insanın düşüncəsindən asılıdır. Düşüncə isə zamanla formalaşır, ona ətraf mühit, yaşananlar, insanlar ciddi təsir edir”.

Psixoloq Elnur Rüstəmov isə deyir ki, hər bir insanın həm bioloji, həm intellektual, həm də emosional yaşı var:

“İnsanın yaşı deyəndə, əsasən onun emosional yaşı nəzərdə tutulur. Elə adam var ki, bioloji yaşı 20 olsa da, 40 yaşlı adam kimi düşünür, danışır, mülahizə yürüdür. Bu cür emosional yaşı yüksək olan adama biz “ruh yaşı” yüksək adam kimi qiymət veririk. Yəni psixologiyada “ruh yaşı”na emosional yaş deyirlər. Emosional yaşına görə yuxarı olan insanlar da var, aşağı olanlar da…”.

“Bir də var adam nədənsə yorulub, deyir ki, tükənmişəm, ruhum qocalıb”, – deyə əlavə edir Elnur bəy.

“Həmin adamın bir neçə gün sonra əhvalı düzələndə deyəcək ki, yaxşıyam. Bu ruh düşkünlüyü də ötüb keçəcək. Həmçinin də ruh yüksəkliyi olan adam da bir müddət sonra kədərlənəndə, hər hansı problemlərlə üzləşəndə ruh düşkünlüyünə uğraya bilər. Amma biz uzun vədəli bir prosesdən danışırıqsa, orda daha çox emosional yaşdan söhbət gedir. Burda mühit və ətraf təsirlər çox vacibdir. İnsanın ailə mühiti, ona olan yanaşma, çevrəsi insana mütləq şəkildə təsir göstərir. Baxın, valideynlərindən birini və ya hər ikisini erkən itirmiş uşaqlar digər uşaqlardan fərqli olur. Müqayisə edəndə görürük ki, o cür uşaqların emosional yaşı daha yüksəkdir. Onlar sanki yaşlarından daha tez böyüyürlər. El arasında onlara “həyatın böyütdüyü uşaqlar” deyirlər. Eyni zamanda ata-anası boşanmış uşaqlar da belədir. Aldıqları travmalar, yaşadıqları həyat sanki onları da bioloji yaşlarından daha tez böyüdür”.

Alimlər isə deyir ki, insan istənilən fiziki yaşda həyatın gözəlliklərini görməyi bacarmalı, müsbətə köklənməli, dəyişən zamana və fikirlərə tam uyğunlaşa bilməsə də, müəyyən qədər yeniliklərə açıq olmağı, özünü inkişaf etdirməyi bacarmalıdır. Onların fikrincə, hər yaş gözəldir və hər zaman yaşı dəyişməyən ruhu xoş saxlamaq lazımdır. Həyat bir dəfə verilir, yaşanması lazım olan hislər yaşanmalı, deyiləsi sözlər deyilməli, insan özünü daimi problemlərlə yükləməməlidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ruhən #qoca #və #cavan #olmaq #nə #dərəcədə #doğrudur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu