Rus əsgəri pul mükafatı müqabilində Ukrayna ordusuna təslim oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Rus əsgəri öz tankını pul mükafatı qarşılığında Ukrayna ordusuna verərək təslim olub.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, bu şəxsə 10 min dollar və Ukrayna vətəndaşlığı veriləcək.
Viktor Andrusivin sözlərinə görə, rus əsgərlərinin istifadə etdiyi Ukrayna mobil telefon şirkətlərinə məxsus nömrələrin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir. Məqsəd isə rus əsgərlərinin hərbi maşınları ilə Ukrayna ordusuna təslim edilməsi ilə bağlı məlumatlandırılmasıdır. Bunun əvəzində həmin əsgərələr pul mükafatı və vətəndaşlıqla təmin ediləcəklər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.