Rus oliqarxların yaxtalarının yeri bəlli oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Bildiyimiz kimi, Rusiya–Ukrayna müharibəsi başladıqdan sonra Putin ABŞ və Avropanın sərt sanksiyaları ilə üz-üzə qaldı. Hazırda bu qadağalar Rusiya prezidentinin yaxın adamlarının bəzilərini də əhatə edir.
Metbuat.az “Reuters”ə istinadən xəbər verir ki, Fransa hakimiyyəti bu həftə ABŞ və Aİ-nin sanksiya siyahısında olan Rosneft (ROSN.MM) rəhbəri İqor Seçinin yaxtasının yerini müəyyən edib.
Məlumata görə, o, Fransanın Riviera limanından qaçmaq üzrədir. Bu arada, AB-nin sanksiyasına məruz qalan milyarder Əlişir Usmanova məxsus “Dilbar”adlı təxminən 600 milyon dollarlıq gəminin yeri də bəlli olub. Milyarderin yaxtası Hamburq tərsanəsindədir.
Rusiyalı milyarder, “Çelsi” Futbol Klubunun sahibi və Putin tərəfdarı olan Roman Abramoviç həm də 600 milyon dollar dəyərində 450 metrlik “My Solaris”in sahibidir. Abramoviç 700 milyon dollar dəyərində “Eclipse” adlı daha bir superyaxtaya da sahibdir. O, hələ ABŞ və Böyük Britaniyada sanksiyaya məruz qalmayıb.
Rusiyanın Rusal alüminium qrupunu quran Oleq Deripaska, 21 nəfərlik ekipajı olan 65 milyon dollarlıq “Clio” superyaxtasının sahibdir. “Reuters” xəbər verir ki, cümə axşamı günü onun gəmisi ABŞ ilə ekstradisiya müqaviləsi olmayan Maldiv adalarında dayanıb. Deripaska 2018-ci ildə ABŞ tərəfindən sanksiyaya məruz qalıb.
Qeyd edək ki, Rusiya oliqarxlarına məxsus bir neçə yaxta Maldiv adalarındadır. Araşdırma nəticəsində məlum olub ki, bəzi rusiyalı milyarderlər gəmilərini Birləşmiş Ərəb Əmirliklərinin Dubay da daxil olmaqla Yaxın Şərq limanlarında saxlayıblar.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.