Rus ordusu bu əraziləri bombalayır: Vəziyyət ağırdır
Rus ordusu gün ərzində Ukraynaya 13 hava zərbəsi endirib.
Bey.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı rus ordusunun zərbələri nəticəsində mülki əhali arasında yaralananların və ölənlərin olduğunu açıqlayıb.
“Son 24 saat ərzində Rusiya Donetsk vilayətinin Baxmut, Konstantinovka və Kuraxova, Dnepropetrovsk vilayətinin Nikopol şəhərlərinin mülki infrastrukturu da daxil olmaqla çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 3 raket, 13 hava zərbəsi və 68 hücum təşkil edib”, – məlumatda deyilir. Baş Qərargah əlavə edib ki, Ukraynanın bütün əraziləri düşmənin raket və hava zərbələri ilə təhdid altında qalmaqda davam edir./Teleqraf