Rus ordusunu böyük sürpriz gözləyir
BEY.AZ informasiya agentliyi xəbər verir
“Silah və sursatların tədarükü ilə bağlı açıqlama verməyəcəyəm. Çünki bu incə məqamdır. Düşməni sürpriz gözləyir. Bilin ki, əhəmiyyətli irəliləyiş var”.
Metbuat.az xəbər verir ki, bu açıqlamanı Ukraynanın müdafiə naziri Oleksiy Reznikov edib. Onun sözlərinə görə, son üç gündə 50 mindən çox dəbilqə və gülləkeçirməz jilet artıq Ukraynaya çatdırılıb.
“Biz partnyorlardan hava hücumundan müdafiə və raketdən müdafiə sahəsində yardım almaq üzərində işləyirik. Hökumət humanitar dəhlizləri təmin etmək üçün mümkün hər şeyi edir. Amma bu, asan məsələ deyil. Ruslar verdikləri sözə əməl etmirlər. Tez-tez yaşayış məntəqələrini hədəf alır, mülki şəxsləri atəşə tuturlar. Ukraynalıların ruslar qarşısında ən böyük üstünlüyümüz cəmiyyətimizin həmrəyliyidir. Müvəqqəti ələ keçirilən bütün şəhər və kəndləri geri qaytaracağıq. Xerson, Kaxovka, Melitopol, Berdyansk və Heniçeskdə baş verənlər ruslar üçün dərs olmalıdır. Çox gecikmədən ərazilərimizi tərk etsinlər” deyə Reznikov vurğulayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.