fbpx

Rus sülhməramlıları azərbaycanlı aksiyaçılara atəş aça bilərmi?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Rus sülhməramlılar sivil etirazçılara qarşı atəş aça bilməzlər. Onlar nümayişin ilk günü əraziyə zirehli texnika cəlb etsələr də, bu yalnız etirazçıları guya qorxutmaq üçün atılan addım idi”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.Beynəlxalq hüquqa görə sülhməramlıların bu formada hüquqlarının olmadığınI bildirən Turab Rzayev hesab edir ki, sülhməramlılar ancaq tərəflərdən biri atəş açdığı zaman o tərəfə atəş aça bilər ki, bu da onlara edilən hərəkət ölçüsündə olmalıdır.

Rüya tabirlerini burdan oku

Turab Rzayev

“Əgər aksiyada sülhməramlının üzünə kimsə tüpürərsə belə qarşı tərəf onu pulemyotla vura bilməz. Yaxud kimsə sülhməramlını itələsi bu halda sülhməramlı ona qumbara ata bilməz. Bütün qarşı cavablar hərəkətin ölçüsünə uyğun olmalıdır. Rus sülhməramlılar nəinki Azərbaycan əhalisinə qarşı, eyni zamanda erməni tərəfdən kimsə öz öhdəliklərini yerinə yetirməsə, qaydanı pozarsa o zaman müdaxilə edib aradakı səddi qorumalıdır. Düşünürəm ki, hazırki məqamda sülhməramlıların bölgədə ağır texnikanın və pulemyotlar çıxarılması çox doğru qərar idi”.

Turab Rzayev bildirdi ki, rus sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində təbii sərvətlərimiz- qızıl, mis mədənləri, meşələr, mineral sular istismar olunduğu halda Azərbaycan buna müdaxilə edə bilmədiyi üçün artıq dözmək niyyətində də deyilik.


“Aydın məsələdir ki, indiki halda ermənilərin orada mitinq etməklə məqsədi sadəcə sülhməramlıların cavab addımları kimi nəzərdə tutduğu məsələlərdir. Ancaq bunlar da mən hansı şəkildə effektiv olacağına inanmıram. Ümumiyyətlə sülhməramlılar sırasında həddən çox erməni əsilli əhalinin olması, yerli və ya gəlmə ermənilərin olması ilə bağlı məlumat var. Sülhməramlı üzvlərinin üzünün bağlanması məhz buna işarədir. Dünyanın heç bir ölkəsində xidmətdə olan sülhməramlı üzünü bağlamır. Onların formasının yaxasında hətta öz adı, soyadı, qan qrupu, rütbəsi yazılır. Ancaq biz görürük ki, sülhməramlılar daha çox üzlərini bağlayırlar və bu da onların həm kimliklərini, həm də missiyasını şübhə altına alır. Böyük ehtimal ola bilsin ki, onların bir çox erməni əsilli şəxslərdir”.

Volkov, sənin yiyən kimdir? -

Andrey Volkov

T. Rzayev sülhməramlılarının rəhbəri Andrey Volkovun Suriyada terrorçularla yaxın əlaqədə olduğu PKK, YPG terrorçuları ilə eyni tədbirlərdə Abdullah Öcalanın posterlərinin asıldığı mərasimlərdə iştirak edib şəkil çəkdirərək hətta bunları sosial media hesabında paylaşdığı faktlarını xüsusilə qeyd edərək bildirdi ki, bu şəxs indi də yerli ermənilərlə Azərbaycanın təbii sərvətlərini istismar edir.

“Bizim tələbimiz odur ki, rus sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində Azərbaycanın Nazirlər Kabinetinin sərəncam vermə hüququ olmalıdır. Azərbaycanın istənilən nazirliyi , istənilən vaxt ki, həmin ərazi yoxlaya bilməlidir. Üçüncü tələb də odur ki, sülhməramlıların aydın şəkildə kimliyi, adı qan, və s. bəlli olsun. Bu zaman onların həqiqətən sülhə yoxsa başqa marağa xidmət etdiyini müəyyən edə bilərik”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rus #sülhməramlıları #azərbaycanlı #aksiyaçılara #atəş #aça #bilərmi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu