“Rus sülhməramlılarına ehtiyac qalmadığı öz təsdiqini tapdı”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Brüssel görüşü özündən əvvəlki görüşlər kimi Azərbaycanın regionda yaratdığı reallığın diqtəsi ilə keçdi. Ona görə də, bu görüşü müsbət dəyərləndirirəm. Bu görüşlərdə Azərbaycanın maraqları baxımından ən önəmli məsələ odur ki, Rusiyanın Qarabağdakı hərbi kontingentinin orada heç 2025-ci ilə qədər də qalmasına ehtiyac duyulmadığı üzə çıxır. Çünki bir halda ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü konkret rəqəmlər göstərməklə tanıdığını bildirir. Üstəlik, Nikol Paşinyan Qarabağın ermənilər yaşayan hissəsinin də Azərbaycan torpağı olduğunu dilə gətirirsə, həmçinin rəsmi Bakı orada yaşayanların təhlükəsizliyini öz üzərinə götürürsə, artıq Rusiya hərbi kontingentinin varlığına ehtiyac qalmır”.
Bu sözləri Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib. 15 iyulda Brüsseldə baş tutan İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan görüşünü şərh edən Sahib Alıyev bildirib ki, Brüssel görüşü sayəsində Qarabağda rus sülhməramlılarına ehtiyac olmadığı öz təsdiqini tapdı:
“Əslində, heç kimə, ilk növbədə Moskvadakılara sirr deyildi ki, bu hərbiçilər orada hayların təhlükəsizliyini təmin etmək üçün yerləşdirilməyib. Çünki Qarabağdakı haylar və hay dilliləri bizim tərəfimizdən heç bir təhlükə gözləmirdi. Onlar Azərbaycan qanunlarına riayət edərək yaşayacaqdılarsa, digər etnik azlıqlara yanaşma necədirsə, onlara da o cür yanaşma olacaqdı. Odur ki, bu rus sülhməramlarıları orada daha çox Rusiyanın geosiyasi məqsədləri üçün yerləşdirilib. Lakin artıq onlara ehtiyac duyulmadığı beynəlxalq səviyyədə öz təsdiqini tapır.
Əgər Rusiya məntiqli siyasət yeritsə, iki ölkə arasında münasibətlərə xələl yetirən bəyanatlar yaymaqdansa, 2025-ci ili gözləmədən öz hərbçilərini Qarabağdan çıxarar. İndi hər kəs anlayır ki, Rusiyanın canlı qüvvəyə nə dərəcədə ehtiyacı var. Lakin təəssüf ki, Rusiya heç də məntiqli siyasəti ilə tanınan dövlətlərdən deyil”.
Sahib Alıyev əlavə edib ki, tezliklə Qarabağdakı hay və hay dillilərin reinteqrasiyası baş verməsə, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmağa son verməsə, bizim orada istənilən vaxt antiterror əməliyyatı aparmağımız aktuallığını son dərəcə artıracaq:
“Artıq Qarabağdakı hayların heç bir statusunun olmayacağı Brüssel görüşü ilə birgə “betonlaşmış” oldu. Şarl Mişelin açıqlamasında “Qarabağ əhalisi” sözünü işlətməsi, “Dağlıq Qarabağ” ifadəsinin önündə “keçmiş” sözünü işlətməsi bunun təsdiqidir. Eyni zamanda, oradakı əhaliyə Ağdam üzərindən humanitar yardımın çatdırıla biləcəyinin vurğulanması da.
Bu görüş eyni zamanda Zəngəzur dəhlizinin açılmamasının mümkünsüzlüyünü də ortaya qoydu. Yəni, əgər Zəngəzur dəhlizi açılmayacaqsa, onda qarşı tərəf Laçın dəhlizi ilə gediş-gəlişdən danışa bilməz”.
Millət vəkilinin sözlərinə görə, Brüssel görüşündəki bu uğurlarımızın səbəbi artıq onu təşkil edənlərin daha çox beynəlxalq normalardan çıxış etmələri ya da Ermənistanın indiki rəhbərinin zəif, daha az xəstə təfəkkürlü olması deyil. Buna səbəb odur ki, Azərbaycan regionda yeni reallıq yaradıb və Azərbaycanın Ordusu güclüdür.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rus #sülhməramlılarına #ehtiyac #qalmadığı #öz #təsdiqini #tapdı