Rus təyyarəsi Avropada çətinliklə üzləşdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Yunanıstan və İspaniyadan qovulan rus diplomatları ölkəyə gətirmək üçün Moskvadan havaya qalxan Rusiyaya məxsus təyyarə Avropanın hava məkanında çətinliklə üzləşib.
Metbuat.az xəbər verir ki, Rusiya sanksiyalara məruz qaldığı üçün təyyarə Avropa ətrafında dövrə vurmaq məcburiyyətində qalıb. İspaniya və Yunanıstan rus diplomatların ölkələrinə qayıda bilməsi üçün yalnız 1 dəfə Rusiya təyyarəsinə hava məkanını açıb. Təyyarə geri qayıdanda Avropa ətrafında dövrə vuraraq 15 min kilometr məsafə qət edib. Təyyarə Rusiya üçün hava məkanını bağlamayan Türkiyə üzərindən uçmaqla Moksvaya çata bilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.