Rusiya ABŞ-a nota verdi
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ səfirliyinin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.
Metbuat.az əbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Hərbi attaşenin nazirliyə çağırılmasına səbəb Kuril arxipelaqına daxil olan Urup adasının yaxınlığında ABŞ Sakit Okean Donanması qüvvələrinin “Virciniya” tipli nüvə sualtı qayığının aşkar edilməsidir.
Sualtı qayığın ekipaj üzvlərinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar buna məhəl qoymayıblar. Rusiya Müdafiə Nazirliyi amerikalı attaşeyə etiraz notası təqdim edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.