fbpx

Rusiya Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası proqramı ilə tanışdır

Rüya Yorumları burda


Rusiya Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası planı ilə tanışdır.

BEY.AZ xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Qarabağı könüllü olaraq tərk etmiş ermənilərin geri qayıtması məsələsini şərh edərkən deyib.

O deyib ki, bu əhalini müxtəlif cür, o cümlədən “son vaxtlara qədər orada yaşayanlar” kimi adlandırmaq olar.

“Erməni tərəfinin bununla bağlı hər hansı ətraflı proqramı varmı? Əgər olsaydı, şərh edərdim. Niyə başqa dövlətin nümayəndəsindən bu məsələni necə gördüyümüzü soruşursunuz? Biz [Rusiya] tərəfləri bu problemi həll etməyə təşviq edirik, lakin başa düşdüyünüz kimi, əldə edilmiş razılaşmaları həyata keçirmədən bunu etmək kifayət qədər çətindir”, – o əlavə edib.

M.Zaxarova vurğulayıb ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci ildə və daha sonra əldə edilmiş üçtərəfli razılaşmaları əsas götürür. Bu razılaşmalar hələ də Azərbaycan-Ermənistan barışığının əsasını təşkil edir: “Biz hesab edirik ki, onların alternativi yoxdur”.

Rüya tabirlerini burdan oku

XİN nümayəndəsi qeyd edib ki, üçtərəfli saziş Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün bütün əsas yolları, o cümlədən sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, regionda nəqliyyat kommunikasiyalarının açılması və vətəndaş cəmiyyətinin xətti ilə əlaqələrin inkişafını əhatə edir.

O vurğulayıb ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması Rusiya Prezidentinin Azərbaycana son dövlət səfəri zamanı da ətraflı müzakirə olunub.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu