fbpx

“Rusiya Azərbaycanla arasında ziddiyyət olmasını istəmir”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Putinin son açıqlamasında Qərbi ittiham etməsi əslində Rusiyanın çarəsizliyindən xəbər verən amil kimi qiymətləndirilir”.

Bu fikirləri Metbuat.az-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib. Kreml rəhbərinin Ermənistan ilə bağlı dediklərini şərh edən Samir Hümbətov hesab edir ki, Putin son vaxtlar Ermənistanın sürətlə Rusiyanın orbitindən çıxmağa cəhd etdiyinin fərqindədir .

Rüya tabirlerini burdan oku

Samir Hümbətov

“Ermənistanla bağlı atacağı addımlar müəyyən zaman daxilində mümkün olacaq. Kreml rəhbərinin bunu necə bacaracağı isə ikinci məsələdir. Azərbaycan 2022-ci ilin 22 fevralında Rusiya ilə qarşılıqlı müttəfiqlik haqqında Bəyannamə imzalasa da, hələ də ratifikasiya olunmayıb. Onun tam qanuni qüvvəyə minməsi hər iki ölkənin parlamentlərin ratifikasiyasından sonra mümkündür. Hələ bu proses nə Azərbaycanda, nə də Rusiyada baş verməyib. Ona görə də fikrimcə, indiki məqamda müəyyən məsələlərdə Rusiya ilə balansı qorumaq lazımdır. Hesab edirəm ki, regiondakı son vəziyyəti nəzərə alaraq Azərbaycan balans siyasətini qorumağa çalışır və bundan sonra bir müddət qoruyacaq”.

Azərbaycanla Rusiya arasında gərginliyin yarana bilməsi ilə bağlı suala cavab olaraq ekspert vurğuladı ki, Qarabağda baş verən neqativ hallar nəzərə almasaq, Rusiya da Azərbaycanla dərin ziddiyyət aparmaq istəmir. Çünki başa düşür ki, Azərbaycanı itirməyi Ermənistan qədər asan olmayacaq.

“İndiki vəziyyətdə nə Rusiya, nə də Putin istəməz ki, Azərbaycanı itirsin. Ona görə Azərbaycanla olan münasibətlərdə kifayət qədər siyasi iradəsini qoruyub saxlamağa çalışır. Burada Türkiyə amilinin olması da münasibətlərə təsir edir”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiya #Azərbaycanla #arasında #ziddiyyət #olmasını #istəmir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu